ALAZAN
AZ
SƏBƏT0

KÖMƏK VƏ MƏLUMAT

TEZ-TEZ VERİLƏN SUALLAR

Çatdırılma, qaytarma, ödəniş və ölçü seçimi haqqında qısa cavablar.

01Çatdırılma nə qədər çəkir və sifarişimi necə izləyə bilərəm?

Bakı daxili sifarişlər adətən 1–2, regionlara isə 3–5 iş günü ərzində çatdırılır. Çatdırılma haqqı sifarişi rəsmiləşdirərkən göstərilir. Sifarişinizin statusunu Hesabım bölməsindəki Sifarişlərim səhifəsindən izləyə bilərsiniz. Ətraflı: Çatdırılma.

02Məhsulu qaytara və ya dəyişə bilərəmmi?

Bəli. Məhsulu təhvil aldığınız tarixdən 14 təqvim günü ərzində qaytara və ya dəyişə bilərsiniz: geyim istifadə olunmamış, yuyulmamış, etiketi və əmtəə görünüşü qorunmuş olmalıdır. Qüsurlu və ya yanlış göndərilmiş məhsulun geri göndərmə xərcini Alazan qarşılayır. Ətraflı: Geri qaytarma şərtləri.

03Hansı ödəniş üsulları var?

Hazırda sifarişinizi qapıda ödənişlə və ya bank köçürməsi ilə ödəyə bilərsiniz. Bank kartı ilə onlayn ödəniş bankın təsdiqindən sonra aktivləşəcək. Kart məlumatlarınız Alazan serverlərində saxlanılmır. Ətraflı: Ödənişlər.

04Hansı ölçünü seçməliyəm?

Uşaq modelləri yaşa görə (2, 4, 6 və 8 yaş), körpə modelləri aya görə (3–6, 6–9 və 9–12 ay), qadın modelləri isə S, M və L ölçülərində təqdim olunur. Hər modelin mövcud ölçüləri məhsul səhifəsində göstərilir. Əmin deyilsinizsə, bizə yazın — uyğun ölçünü birlikdə seçək: Əlaqə.

05Mağazanız harada yerləşir?

Ünvanımız: Bakı şəhəri, Səbail rayonu, Q. Abbasov 32. Ziyarətdən əvvəl iş saatlarını telefonla dəqiqləşdirin: +994103192472. Xəritə: Mağazalar.

Cavabını tapmadınız?

BİZİMLƏ ƏLAQƏ